Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri AÇIQLADIbackend

Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri AÇIQLADI

“Səmərqənddə cənab Putinlə geniş və ətraflı müzakirələrimiz olacaq. Xüsusilə taxıl dəhlizi ilə bağlı fikir mübadiləsi aparacağıq”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

“Cənab Putinin “taxıl kasıb yox, varlı ölkələrə gedir” fikrini doğru hesab edirəm. Bu, belə olmamalıdır. Çünki prioritet kasıb ölkələrin çətin durumda qalmamasıdır. Amma indi vəziyyət elə deyil. Səmərqənddə Putindən xahiş edəcəyəm ki, Rusiya məhsulları dəhliz vasitəsilə dünya bazarına çıxarılsın”, – o bildirib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*