backend

Ərdoğan Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağla bağlı birgə bəyanatına REAKSİYA VERDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatına münasibət bildirib.

KONKRET.az “Reuters”a istinadən xəbər verir ki, o, həmkarları Vladimir Putin, Donald Tramp və Emmanuel Makrona xəbərdarlıq ünvanlayıb:

“Bu quldur dövlətə dəstək verənlərə xəbərdarlıq edirəm. Qarabağın işğalını görməzdən gələn iki üzlü ölkələrin müraciətləri bizim üçün əhəmiyyət kəsb etmir”.

O, bildirib ki, bölgədə dayanıqlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilməyindən keçir.

Ərdoğan hər üç ölkə liderlərinin Dağlıq Qarabağ problemini artıq müzakirə etdiyini, ancaq bunun heç bir nəticəyə gətirib çıxarmadığını xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*