Ərdoğan SON NÖQTƏNİ QOYDU: Ankara yalnız bu halda Ermənistanla sərhədi açacaqbackend

Ərdoğan SON NÖQTƏNİ QOYDU: Ankara yalnız bu halda Ermənistanla sərhədi açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT”yə müsahibəsində Ermənistan-Türkiyə münasibətlərinə və baş naziri Nikol Paşinyanla telefon danışığına toxunub.

KONKRET.az xəbər verir ki, erməni mediasında Ərdoğanın müsahibəsi ilə bağlı məqalə dərc olunub.

“İki dini bayram çərçivəsində baş nazir Paşinyanla söhbətim oldu və bu zaman biz qarşılıqlı təbriklər səsləndirdik” – erməni mediası Türkiyə Prezidentinin sözlərindən sitat gətirib.

Ərdoğan Azərbaycanın Türkiyə üçün qırmızı xətt olduğunu və rəsmi Ankaranın sərhədləri yalnız Azərbaycanla problemləri həll etdikdən sonra açacağını vurğulayıb.

“Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Türkiyə ciddi və qətiyyətlidir. Mehriban qonşuluq münasibətlərinin qurulmasına çalışır”.

Ərdoğan Türkiyədə yaşayan 100 mindən çox ermənini xatırladıb:

“Hazırda Türkiyədə 100 mindən çox erməni yaşayır, onların arasında vətəndaşlıq iddiasında olan ermənilər də var. Bu, bizim yanaşmamızı nümayiş etdirir”.

Türkiyə prezidenti sonda bir daha xatırladıb ki, Ankara öz fəaliyyətini rəsmi Bakı ilə əlaqələndirir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Saltan
    İyul 28, 2022 - 10:42

    Ermənilər heç bir şey vermədən hər şeyə sahib olmaq istəyir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*