Ərdoğan Venesuelaya gedəcək – “Biz sevinc hissi ilə hazırlıq işləri görürük”backend

Ərdoğan Venesuelaya gedəcək - "Biz sevinc hissi ilə hazırlıq işləri görürük"

Venesuela Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlıq görür.

KONKRET.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

“Yaxın günlərdə biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Venesuelada qəbul edəcəyik. Biz sevinc hissi ilə hazırlıq işləri görürük. Ümid edirik bu görüş Venesuelada iqtisadi inkişafa töhfə verəcək” – deyə Maduro missiyası başa çatmış Türkiyə səfirini qəbul edərkən bildirib.

Qeyd edək ki, Maduro ötən iyunda Ankarada səfərdə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*