Ərdoğandan Baydenə MÜHÜM ÇAĞIRIŞbackend

Ərdoğandan Baydenə MÜHÜM ÇAĞIRIŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni prezidenti Cozef Baydenə müraciət edib.

KONKRET.az xəbər verir ki, o, amerikalı həmkarını terrorçularla bağlı obyektiv mövqe tutmağa çağırıb.

“Separatçı terror təşkilatı 1984-cü ildən bəri 30 min mülki vətəndaşımızı qətlə yetirib. Bunların içində ana bətnindəki uşaqdan yaşlıyadək, fəhlədən müəllimədək, çobandan mollayadək – cəmiyyətin hər təbəqəsindən insanımız var. Dünyaya deyirik ki, gəlin bu alçaqların gerçək üzünü yaxşı görün. Cənab Bayden, sən də bunları yaxşı tanı. Amma bunları tanıyarkən FETÖ-nü də unutma”, – Ərdoğan vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*