Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra Üsküdardakı Kərəm Aydınlar məscidinin qarşısında media nümayəndələrinin suallarını cavablandırıb.
KONKRET.az xəbər verir ki, Türkiyə lideri jurnalistlərin Çin peyvəndi – Koronavakla (Coronavac) bağlı suallarını cavablayıb.
R.T.Ərdoğan “Vaksinlərin ikinci partiyası hazırda Çindən çıxıb və böyük ehtimalla həftə sonuna qədər ölkəmizə çatdırıla bilər. 10 milyon doza peyvənd gözləyirik”, – deyə cavab verib.
Bununla yanaşı, Türkiyə prezidenti ölkədə vaksinasiyanın da öncədən nəzərdə tutulduğu kimi, mərhələli şəkildə davam etdiriləcəyini bildirib.
