Ərdoğandan Ermənistana SƏRT REAKSİYAbackend

Ərdoğandan Ermənistana SƏRT REAKSİYA

“Bugünkü telefon danışığı zamanı bacarıq və qətiyyətinə bir daha şahid olduğum Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə də bildirdiyim kimi, Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirməyi davam etdirəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki səhifəsində etdiyi paylaşımda bildirib.

Türkiyə Prezidenti qeyd edir ki, Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi:

“Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Erməni xalqını onları fəlakətə aparan hakimiyyətinə və onları oyuncaq kimi istifadə edənlərə qarşı gələcəklərinə sahib çıxmağa dəvət edirik.30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Bütün dünyanı işğala qarşı apardığı mübarizədə Azərbaycanın yanında olmağa çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*