Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı koronavirus peyvəndi etdirdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, siyasətçi bu barədə öz tvitter hesabında məlumat verib.
Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi tətbiq edilib.
