Ərdoğanın oğlu Bakıda Forum keçirəcəkbackend

Ərdoğanın oğlu Bakıda Forum keçirəcək

Dünya Etnospor Konfederasiyasının IV Forumu aprelin 10-da Bakıda keçiriləcək.

KONKRET.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Bilal Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdəki Qırğızıstan – Türkiyə Manas Universitetindəki “Etnospor və Türk Dünyasında Ənənəvi Türk İdman Növlərinin Gələcəyi” adlı konfransda məlumat verib.

Bilal Ərdoğan pandemiya ilə əlaqədar onlayn baş tutacaq Forumun “Ənənəvi oyunların dirçəlişi” adı altında təşkil ediləcəyini söyləyib.

O, toplantıya 50-60 ölkədən 200-dən çox şəxsin qatılacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*