Türkiyənin paytaxtı Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın plakatını naməlum şəxs yandırmağa cəhd edib.
KONKRET.az xəbər verir ki, yaxınlıqdakı sakinlərin polisə məlumatından sonra həmin vətəndaş dərhal saxlanılıb. Onun 26 yaşlı Halis.B adlı şəxs olduğu müəyyən edilib.
İlkin araşdırma zamanı məlum olub ki, o, narkotik asılılığından əziyyət çəkir.
Faktla bağlı araşdırmalara başlanılıb
