Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri planlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqai mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hazırda səfərin dəqiq tarixi üzərində iş aparılır:
“Səfər, prinsip etibarilə, razılaşdırılıb. Hazırda həmkarlarım dəqiq tarixi müəyyənləşdirmək üçün müzakirələr aparırlar”, – deyə Baqai bildirib.
Qeyd edək ki, bir gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda olub və iranlı həmkarı Abbas Araqçı, parlamentin spikeri Məhəmməd-Bagir Qalibaf və prezident Məsud Pəzəşkianla görüşlər keçirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
