“Ərdoğanın Ukrayna səfərindən sonra Putin Türkiyəyə gələcək” – Çavuşoğlubackend

"Ərdoğanın Ukrayna səfərindən sonra Putin Türkiyəyə gələcək" - Çavuşoğlu

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gəlişi ilə bağlı hələlik tarix müəyyən edilməyib, lakin səfər Putinin Pekin Olimpiadasında iştirakından dərhal sonra gerçəkləşə bilər.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, bu müddət ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ukraynaya səfər edəcək:

“Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşünün Ərdoğanın Ukrayna səfərindən dərhal sonra keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Ərdoğan Ukraynaya 3 fevralda səfər edəcəyini bildirib. Pekin Qış Olimpiadasının açılışı isə 4 fevralda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*