Erməni əsilli 4 nəfər Abxaziya parlamentinə deputat seçildi – SİYAHIbackend

Erməni əsilli 4 nəfər Abxaziya parlamentinə deputat seçildi - SİYAHI

Erməni əsilli dörd şəxs Abxaziya parlamentinə deputat seçilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, tanınmamış Abxaziya Respublikası Xalq Məclisinə mart ayında keçirilən seçkilərdə  ölkənin qanunverici orqanına 33 deputat seçilib.

VII çağırış seçkilərdə iki seçki dairəsi üzrə təkrar səsvermə ilə daha iki deputat mandat qazanacaq. Yeni seçilmiş parlamentdə erməni icmasının dörd nəfərlik nümayəndəsi də var.

Onlar martın 12-də parlament seçkilərinin birinci turunda öz dairələri üzrə qalib gəliblər:

Trapizonyan Qalust Parnakoviç – Abxaziya Respublikasının erməni icmasının sədri, 1992-1993-cü illərdə Abxaziya müharibə qəhrəmanı.

Qalustyan Levon Miruzhanoviç – jurnalist, VI çağırış Abxaziya Respublikası Xalq Məclisi-Parlamenti sədrinin müavini.

Minosyan Aşot Vaqramoviç – VI çağırış Abxaziya Respublikası Xalq Məclisi-Parlamentinin deputatı.

Martın 26-da keçirilən ikinci turda respublikanın erməni icmasının digər nümayəndəsi də qalib gəlib:

Rştuni Erik Saqateloviç – Abxaziya Respublikası İctimai Palatasının üzvüdür.

Müşviq Tofiqpoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*