Erməni əsilli müğənni sakitləşmir: Siz və Ərdoğan İŞİD-i geri qaytardınızbackend

Erməni əsilli müğənni sakitləşmir: Siz və Ərdoğan İŞİD-i geri qaytardınız

Erməni əsilli məşhur amerikalı müğənni Şer Türkiyə və ABŞ prezidentlərini Suriyada baş verənlərdə günahlandıraraq, iki erməni ruhaninin ölümü məsələsinə də toxunub.

KONKRET.az xatrladır ki, noyabrın 11-də Qamışlıda erməni katolik kilsəsinin keşişi Hovsep Petoyan və onun atası Abraam Petoyan yerli kilsənin bərpasını izləmək üçün Deyr əz-Zor şəhərinə gedərkən öldürülmüşdülər. Hücum nəticəsində erməni katolik kilsəsinin daha bir keşişi də yaralanmışdı. Bəzi məlumatlara görə, İŞİD terror təşkilatı kahinlərin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdü.

“İŞİD qayıdırsa, siz və Ərdoğan günahkarsınız. Siz Ərdoğana kürdləri qırmağa kömək etdiniz, ona görə də onlar sizə kömək etməyəcəklər. İnsanlar əziyyət çəkəcək və öləcəklər. Sizin “ən yaxşı Ərdoğan” sevinə bilər: İŞİD erməni keşişi və atasını öldürülüb”, – deyə Şer Twitter-dəki mikrobloqunda ABŞ prezidenti Donald Trampa müraciət edib.

Sonda müğənni Amerika liderinə ritorik bir sual verib: “Ərdoğan səni alıbmı?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*