Erməni əsilli müğənninin adı Hollivudun “Şöhrət Xiyabanı”na həkk edildibackend

Erməni əsilli müğənninin adı Hollivudun “Şöhrət Xiyabanı”na həkk edildi

KONKRET.az xəbər verir ki, bununla da Xiyabanda adı göstərilən ilk İran sənətkarı məhz Andi Mədətyan olub.

63 yaşlı Andi bildirib ki, İran-Amerika sənətçisi olmaq çox çətindir. O vurğulayıb ki, “Bu günə qədər bütün yaradıcılığımı Amerika, İran və erməni xalqım üçün həsr etmişəm”. Yeri gəlmişkən, Amerikada Andinin “Yaxşı mübarizə” mahnısının premyerası da keçirilib. Qeyd edək ki, bu mahnı “Amerika döyüşçüsü” filminin saundtreki olub. Film 2020-ci ilin yayında yayımlanacaq.

QEYD: “Şöhrət Xiyabanı” Hollivud bulvarında və Vayn Street küçəsinin üç məhəlləsində küçənin hər iki trotuarı boyunca 15 məhəllədə yerləşən əyləncə sənayesinin nailiyyətlərinin daimi və ictimai abidəsi kimi çıxış edir. 2500-dən çox beşbucaqlı mis Ulduz trotuarın 6 futluq (1,8 m) plitələrində həkk edilib. Burada aktyorlar, musiqiçilər, prodüserlər, musiqi və teatr turppalarının rəhbərlərinin, real və uydurulmuş personajların əyləncə və incəsənət sənayesinə verdikləri töhvələrinə görə ulduzları həkk olunub. “Şöhrət xiyabanı”nı Hollivudun Ticarət Palatası idarə edir, “Hollywood Historic Trust” isə onu maliyyələşdirir.

Aparılan tədqiqatlara görə, hər il Hollivudda yerləşən “Şöhrət xiyabanna 10 milyondan çox insan baş çəkir. Bu həmçinin turizmin inkişafında çox böyük rol oynayır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*