Erməni güləşçi finalda azərbaycanlı idmançını məğlub etdibackend

Erməni güləşçi finalda azərbaycanlı idmançını məğlub etdi

Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri keçirilib.

KONKRET.az xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu Artur Aleksanyan 97 kq çəki dərəcəsində Azərbaycan təmsilçisini məğlub edərək turnirin qızıl mükafatını qazanıb.

Nitsada baş məşqçi Aleksandr Tarakanovməşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi 72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yanvarın 19-da yekun vurulan turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*