Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan xəstəxanaya yerləşdirilməsi haqda məlumatlara münasibət bildirib.
KONKRET.AZ “gazeta.ru”ya istinadən xəbər verir ki, o, bu informasiyaya belə cavab verib:
“Mediada yayılıb ki, guya mənim ürəyim ağrıyıb və xəstəxanadayam. Bu xəbər kökündən yanlışdır, ona görə ki, mənim ümumiyyətlə ürəyim yoxdur”.
Xatırladaq ki, erməni jurnalistinin xəstələnməsi haqda xəbər “Telegram” kanallarında yayılıb.
