Qarabağ separatçılarının bəzi komandirləri üçtərəfli atəşkəs razılaşmasını tanımadıqlarını bəyan etdilər və öz mövqelərində qalmaqda davam edirlər.
KONKRET.az shraibikus.com-a istinadən xəbər verir ki, bunların arasında “Kiexa” ləqəbli erməni komandir Karen Calavyan da var.
O, əsgərlərlə danışaraq heç kimə əmr vermədiyini deyib: “İstəsəniz müdafiə xəttində qala bilərsiniz, istəməsəniz, gedin”.
Erməni əsgərlərinin yalnız kiçik bir hissəsi Calavyanla qalıb. Qalanları isə getməyə üstünlük verib.
Sayt xatırladır ki, noyabrın 9-da Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanan müqaviləyə əsasən, Ermənistan qoşunları bölgəni tamamilə tərk etməlidirlər. Bundan əlavə, dekabr ayına qədər Qarabağın daha üç bölgəsi Azərbaycana verilməlidir.
Rusiya sülhməramlıları isə təmas xəttində işləyəcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu müharibədə təxminən 4 min insanın həyatını itirdiyini açıqlayıb. Erməniləri ərazilərin Azərbaycana qaytarılması ilə barışa bilmədiklərinə görə radikal metodlara əl atırlar – evləri və meşələri yandırırlar.
Natiq Səlim,
KONKRET.az
