Erməni millətçiləri Azərbaycan əsgərlərinin Xankəndi və Əsgərana gəlişindən niyə naratdırlar?backend

Erməni millətçiləri Azərbaycan əsgərlərinin Xankəndi və Əsgərana gəlişindən niyə naratdırlar?

Ermənistan KİV-in verdiyi məlumata görə, Azərbaycan hərbçiləri tez-tez Xankəndinə və Əsgərana gəlir, mağazalardan sərbəst alış-veriş edirlər. Bu isə Ermənistandakı bəzi siyasi hoqqabazları narazı salır, bəzi hallarda isə qıcıqlandırır.

KONKRET.az xəbər verir ki, “Əsgəran administrasiyası rəhbərinin müavini” Armen Manqasaryan “Sputnik Armenia”ya açıqlamasında azərbaycanlıların Qarabağın Əsgəran bölgəsindəki mağazalarında sərbəst alış-veriş etdiklərini bildirib. “Azərbaycanlıların dükanlara getməsi barədə faktlar təkcə Əsgəranda deyil, Stepanakertdə də (Xankəndi-red) var. Dünən, məsələn, Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan nömrə nişanlı maşınların Əsgərandan keçdiyini mən özüm də gördüm”, – deyə Manqasaryan bildirib.

Qeyd edək ki, bundan əvvəl “İravunk” qəzeti də “Əsgəran bələdiyyə başqanı” Hayk Şamiryana istinad edərək, azərbaycanlıların Əsgəranın kənd mağazalarından mal aldığını və bunun artıq adi hala çevrildiyini yazmışdı.

Lakin bu xəbərlər İrəvanda oturub “bulanıq suda balıq tutmaq” istəyən bəzi üzdəniraqların işinə yaramır. Ona görə də bəzi radikal qüvvələr Qarabağ ermənilərini ayıq olmağa çağırır. Baş verə biləcək ən xırda insident barədə həmən onlara məlumat vermələri xahiş olunur. Bu isə ona dəlalət edir ki, Ermənistanda oturan bir çox siyasət dəllalları Qarabağda azərbaycanlılarla ermənilərin dinc qonşuluq şəraitində yaşamalarını heç cür həzm edə bilmirlər. Əksinə, yarana biləcək ən xırda insidentdən siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma bu zavallılar unudurlar ki, Qarabağ Azərbaycandır! Sözün bütün çalarlarında…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*