
Daşkənd hüquq-mühafizə orqanlarının əməkdaşları modelyer və xoreoqraf Nəriman Qriqoryanın (əsl adı Nəriman Alimjanov) öldürüldüyünü iddia edir. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hələ ki, şübhəli cinayətkarın adı və hadisənin təfərrüatları açıqlanmır. Məlumdur ki, o, Özbəkistan Cinayət Məcəlləsinin 97-ci maddəsi (“Qəsdən adam öldürmə”) ilə ittiham olunur və bunun əsasında cinayət işi başlanılıb.
Zorakı ölüm əlamətləri olan modelyerin cəsədi 14 yanvar səhəri Çigil küçəsindəki mənzilində tapılıb. Sonradan məlum olub ki, qətlin özü iki-üç gün əvvəl baş verib. Modelyerin cənazəsi yanvarın 16-da baş tutub.
Qriqoryanın mənzilində nə mobil telefonu, nə də planşeti tapılmayıb. Ancaq müstəntiqlər girişdə dizaynerin avtomobilində noutbuk tapıblar. Telegram messencerində zərərçəkənin əlaqələrində qeyd olunan insanlar dindirilməyə çağrılmağa başlayıb. Ümumilikdə hüquq mühafizə orqanlarının əməkdaşları 20-dən çox insanla görüş keçiriblər.
