Erməni ordusunu darmadağın edən İLK DÖYÜŞbackend

Erməni ordusunu darmadağın edən İLK DÖYÜŞ

2016-cı ilin aprel döyüşləri və bu döyüşlər zamanı Azəbaycan ordusunun əldə etdiyi qələbə həm hərbi, həm tarixi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir. Bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən bu döyüşlər zamanı Azərbaycan Ordusu öz gücünü, qüdrətini düşmənə göstərdi, işğalçıların yarılmaz, keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi.

KONKRET.az xəbər verir ki, bu sözləri Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Moderator.az-a Aprel savaşının 5-ci ildönümü ilə bağlı deyib.

Polkovnik bildirib ki, Azərbaycan Ordusunun Aprel döyüşləri zamanı ortaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi:

“Azərbaycan Ordusu əməli surətdə sübut etdi ki, işğaldakı torpaqları azad etməyə qadirdir və heç bir qüvvə ona mane ola bilməz.

Bu baxımdan Aprel savaşı düşmənə tarixi gözdağı və əbədi ibrət dərsidir. Lakin Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər Ermənistan Aprel savaşından lazımi nəticə çıxarsaydı, işğalçılıq siyasətindən əl çəkər, beləlikıə indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi. Ancaq Ermənistan aprel döyüşlərindən sonra da işğalçılıq, terror və təxribatçılıq siyasətini davam etdirməyə cəhd etdi. Nəticədə Ermənistanın yürütdüyü işğal siyasəti, davamlı təxribatlar 44 günlük Vətən müharibəsi ilə nəticələndi ki, bu da Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqları azad edən Şanlı Azərbaycan Ordusunun sürətli hücumu, ölümcül həmlələri nəticəsində düşmən kapitulyasiyaya imza atmağa məcbur oldu. Müharibə Ermənistanın hərbi potensialının 80%-nin məhv olması, kütləvi fərarilər ordusunun meydana çıxması, Ermənistan iqtisadiyyatının tamamilə məhv olması ilə nəticələndi”.

Polkovnik Aprel savaşının 5-ci ildönümünü torpaqlarımızın düşmən işğalından azad olunması ilə qeyd etdiyimizi xatırladıb:

“Ancaq sadəcə bu gün deyil, illər, əsrlər sonra da Aprel savaşı, bu döyüşlər zamanı Ordumuzun sərgilədiyi qəhrəmanlıq qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.

Veteranlar olaraq bu döyüşlərdə şəhid olan igidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Onlar sonsuza qədər Azərbaycan xalqının qəlbində yaşayacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*