Erməni politoloq: “Ərdoğanın yenidən prezident seçilməsi ilə İrəvana təzyiqlər qat-qat artacaq”backend

Erməni politoloq: "Ərdoğanın yenidən prezident seçilməsi ilə İrəvana təzyiqlər qat-qat artacaq"

“Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi ən çox Bakını sevindirdi”

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Andranik Ovannisyan özünün teleqram kanalında yazıb. O fikirlərini belə davam edib:

“Ərdoğanın qələbəsi Azərbaycanın hərbi-siyasi rəhbərliyinin həm siyasi, həm də iqtisadi maraqları ilə üst-üstə düşür.

Birincisi, müxalifətin namizədi hakimiyyətə gələrdisə, onda Rusiyaya qarşı sanksiyalar tətbiq oluna bilərdi. Bu da o deməkdir ki, Azərbaycana da zərbə vurulacaqdı. Çünki Azərbaycan bu da sanksiyalardan yan keçmək üçün (əsasən enerji resurslarının tranziti üçün) tranzit zonalardan birinə çevrilib.

İkincisi, Kılıcdaroğlunun Zəngəzur dəhlizi layihəsinə necə reaksiya verəcəyi məlum deyildi”.

Politoloqa görə, bu qeyri-müəyyənlik Azərbaycan hakimiyyətini qane etmirdi. Çünki Türkiyənin dəstəyi olmadan rəsmi Bakı regional layihələrdə qətiyyətli addım atmaqda çətinlik çəkəcəkdi.

Ekspert vurğulayıb ki, Ərdoğanın yenidən seçilməsinə Bakı çox sevinir. Çünki yaxşı bilir ki, İrəvana təzyiqlər dəfələrlə artacaq və Türkiyə-Azərbaycan tandemi tərəfindən idarə olunan, kapitulyasiyaya imza atan Paşinyan hakimiyyəti Azərbaycanla sonda sülh müqaviləsi imzalayacaq. Bu kontekstdə təslim olan Nikolun Ərdoğana tələsik təbrik sözləri bir daha təsdiq edir ki, o, bu güzəştlərə hazırdır və bu prosesi ləngitmək cəhdlərinin bitdiyini mükəmməl başa düşür.

Ermənistan üçün mövcud vəziyyətdən yeganə çıxış yolu hazırkı hakimiyyəti bütün mümkün vasitələrlə istefaya göndərməkdir, çünki kapitulyator-baş nazirin özü də getmək niyyətində deyil. Çünki o, bir sıra öhdəlikləri yerinə yetirmək üzrə həmin kresloda oturub. Həmin öhdəliklərdən biri Qarabağın Azərbaycanın bir hissəsi olmasını tanımaq və Türkiyə ilə Azərbaycan arasında fasiləsiz quru əlaqə yaratmaq üçün Ermənistan ərazisindən marşrut təmin etməkdir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*