Erməni politoloq: “Qarabağ mövzusu birdəfəlik bağlanıb” – ŞƏRHbackend

Erməni politoloq: "Qarabağ mövzusu birdəfəlik bağlanıb" - ŞƏRH

Xarici İşlər Naziri Ceyhun Bayramovun tərəflərin sülhün bir addımlığında olmasını deməsi və bəzi şərtlər barədə bəyanatı Ermənistanda geniş müzakirələrə səbəb olub. Həmin şərtlərin yerinə yetirilməsi sülh müqaviləsinin bağlanmasını sürətləndirə bilər.

Əvvəla Ermənistan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğuna son qoymalıdır. İkincisi rəsmi İrəvan Azərbaycanın daxili işlərinə müdaxiləni dayandırmalıdır. Daha sonra isə Ermənistan Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə dialoqa mane olmamalıdır.

Erməni politoloq Qarnik Davtyan Azərbaycanın şərtləri barədə yerli mediaya müsahibə verərkən:

“Bu, sitatsız sülh sazişi olacaq və Ermənistanın təslim olmuş hökuməti bunu başa düşür, ona görə də prosesi ləngidir, çünki bilir ki, onu imzalayandan sonra yerlərini itirəcəklər. Bu hakimiyyət xalqın qəzəbini cilovlaya bilməyəcək. Azərbaycan tərəfinin bəyanatına gəlincə, bu, Qarabağ məsələsinin birdəfəlik bağlanması deməkdir və deməli anklavlar mövzusu da qapanıb. Bundan əlavə, azərbaycanlılar Ermənistanda məskunlaşdıqda Ermənistan üçün ontoloji problem yaranacaq”.

Davtyanın fikrincə, təhlükə ondan ibarətdir ki, azərbaycanlılar Ermənistanda məskunlaşarsa, Azərbaycan on ildən sonra yaşadıqları ərazilərə muxtariyyət statusunun verilməsini tələb edə bilərlər.

Anklavlar məsələsinə toxunan Davtyan: “Paşinyan özünü rəhbər hesab edirsə, özünü dövlətin ərazilərinin qorunmasına qurban versin. Bundan sonra yeni müvəqqəti hökumət qurular, erməni cəmiyyəti ağ-qaradan azad olar və bir daha anti-erməni bəyanatları eşitməz” – deyə fikrini tamamlayıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*