Erməni seçici kimə səs verəcək? – Paşinyanla yanaşı onun da adı çəkilir…backend

Erməni seçici kimə səs verəcək? - Paşinyanla yanaşı onun da adı çəkilir...

Ermənistanda keçiriləcək parlament seçkiləri regionda siyasi balansın necə dəyişəcəyi baxımından diqqətlə izlənilir. Xüsusilə, Rusiyaya yaxınlığı ilə tanınan biznesmen Samvel Karapetyanın adı ətrafında gedən müzakirələr onun hakimiyyətə gəlməsi ehtimalını yenidən gündəmə gətirib. Bununla yanaşı, hazırkı Baş nazir Nikol Paşinyanın seçki öncəsi mövqelərinin güclü olduğu da bildirilir.

Bəs Ermənistan seçicisi bu dəfə hansı siyasi kursa üstünlük verəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Samvel Karapetyanın namizədliyi ümumiyyətlə qeydə alınmayıb:

Bakı və Moskva arasında gərginlik alovlana bilər | KONKRET

“Çünki o, ikili – həm Kipr, həm də Rusiya vətəndaşıdır. Ermənistan Konstitusiyasına əsasən, ikili vətəndaşlığı olan şəxslər parlament seçkilərində namizəd ola bilməzlər.

Hələlik Nikol Paşinyanın siyasi mövqeləri güclü olaraq qalır. Aparılan rəy sorğularında da onun xalq arasında müəyyən etimadı qoruduğu görünür”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Samvel Karapetyanın dəstəklədiyi siyasi qüvvələrin parlamentdə təmsil olunmaq şansı olsa da, hakimiyyətə gəlməsi real deyil:

“Düşünürəm ki, Samvel Karapetyanın dəstəklədiyi Robert Köçəryan komandası parlamentə düşə bilər. Amma onların hakimiyyətə gəlmək ehtimalı o qədər də real görünmür. Çünki seçkilərə daha çox müharibə ritorikası ilə gedirlər.

Paşinyanın tezisləri isə daha realdır. O, müharibə əleyhinə çıxış edir və regionda sabitlik mesajları verir. Hesab edirəm ki, seçkilərdə Paşinyan qalib gələcək”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*