“Ermənistanın Konstitusiyanı dəyişdirməsinə ehtiyac yoxdur. Sülh müqaviləsi imzalamaqla Ermənistan Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edir. Nikol Paşinyan qalsa, Azərbaycan Ordusu İrəvana qədər gəlib çıxacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri, “Azatutyun” Partiyasının sədri Qrant Baqratyan bildirib.
O jurnalistlərə müsahibəsində daha sonra deyib: “2023-cü ilin sentyabrında Rusiya Qarabağ məsələsini Azərbaycanın xeyrinə hərbi yolla həll etməyə meylli deyildi. Paşinyan Qarabağın Azərbaycan olduğunu bəyan edəndə Rusiya tərəfinin artıq öz sülhməramlı qüvvələrini orada saxlamağa əsası yox idi.
Bilmirəm, Rusiya xarici işlər nazirinin istefada olan baş müşaviri Aleksandr Ananev haqlıdır ya yox, amma nəzəri olaraq yalnız Rusiya Azərbaycana qarşı olmalı idi, çünki Amerika və Avropa ruslara öz qoşunlarını oradan çıxarmaq üçün lazım idi.
Armen Qriqoryan yalan danışır, Rusiya 44 günlük müharibəni qızışdırmayıb, Nikol Paşinyan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
Əgər biz Ermənistanda yaşamaq, burada uşaq böyütmək istəyiriksə, o zaman Təhlükəsizlik Şurasının (TŞ) sədri Armen Qriqoryan 40 dərəcə isti olan həbsxana kamerasında ömürlük həbs edilməlidir. Onun bir daha özünü ifadə etmək şansı olmamalıdır. Bütün satqınlar dəmir barmaqlıqlar arxasında olacaq”.
O Ermənistanın sosial-iqtisadi durumunu da şərhd edib:
“Paşinyanın hakimiyyəti dövründə iqtisadiyyatın kölgə sektoru kəskin şəkildə artıb. Yarımillik büdcə yüz milyard dram az yerinə yetirilib. 2024-cü ilin birinci yarısında kölgə iqtisadiyyatı 2017-ci illə müqayisədə 12% çoxdur. Bu o deməkdir ki, ölkə talan edilir. Korrupsiya ilə bağlı çoxlu nümunələr var. Ona görə də indi Ermənistanın dövlət borcu artır. Əvvəlki hakimiyyətin dövründə belə bir şey olmayıb.
İcazə verin, korrupsiya ilə bağlı konkret misallar verim. Niyə İrəvan 250 min avroya avtobuslar aldı, bizə lazım olmayan MAN avtobusları hərəkəti dəhşətli dərəcədə ləngitdi, şəhərdə tıxacın səbəblərindən biri də o avtobuslardı, 70-80 min dollar olan 5-ci nəsil, özünü doğruldan, qazla işləyən, eko, çin avtobusları – 12 metr uzunluğunda. O pulla biz 4 dəfə çox Çin avtobusu alardıq. MAN-a verən gürcü şirkəti niyə birdən o tenderdə qalib gəlir? Bir dəfəyə 15 milyon avro borc verilib.
Ölkə o qədər yaxşı vəziyyətdədir ki, Berlinə futbola baxmağa getdin?! Bizim vaxtımızda niyə futbol yox idi? Yaxud həmin futbol matçının bileti 3000-10 000 avrodur, o bileti necə aldınız? O pulu öz cibindən vermisən? Kartındakı xərci göstər, de ki: kartla xərc çəkmişəm.
Mərkəzi Bankdan soruşuram, dollar və ya avro ilə depozit qoymaq olar? Deyir bəli. Bəs depozitdən gələn gəliri niyə dollar və ya avro ilə vermirsiniz?
Qiymət artımları da sürətlə gedir. Ermənistanda adi aspirin digər ölkələrlə müqayisədə 4 dəfə bahadır. İndi də tibbi sığorta edir. Tibbi sığorta səhiyyə naziri Avanesyan Anahit üçün bir şey deyil. Onun verdiyi sığortanın nəticəsidir ki, adi həkimə getmək üçün 6 ay əvvəldən növbə gözləməli olacağıq. Onlar bizim dostumuz deyil, düşmənimiz olduğu üçün inflyasiyaya nəzarət etmirlər.
Tramp ABŞ prezident seçkilərində qalib gəlsə, təbii ki, Ukraynada müharibə bitəcək, lakin hədəf Çin olacaq. Trampın qələbəsi bizim üçün ancaq pis nəticələr verəcək, çünki respublikaçılar Azərbaycanla indi Baydendən bir neçə dəfə yaxşı olacaqlar”.
Natiq Səlim,
KONKRET.az