Ermənilər indi də ölülərinin orqanlarına göz dikdilərbackend

Ermənilər indi də ölülərinin orqanlarına göz dikdilər

Ermənistanda insanların həyatını xilas etmək üçün yaxın iki-üç il ərzində donorlar öldükdən sonra orqan transplantasiyası təşkil etmək planlaşdırılır. KONKRET.az bildirir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan jurnalistlərə açıqlamasında danışıb.

“Bu, əsasən hemodializ alan xroniki böyrək çatışmazlığı olan insanları xilas etmək üçün zəruri bir insani addımdır”, – deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, təşkilati baxımdan bu, tibbi mərkəzlərdən başlayaraq hüquqi məsələlərə və elektron sistemlərə qədər bir çox infrastrukturun yaradılmasını tələb edən olduqca mürəkkəb bir məsələdir. Torosyan Ermənistanda cəsədlərin transplantasiyası üçün qurumun icazə deyil, imtina üzrə fəaliyyət göstərəcəyini vurğulayıb. Yəni ölümdən sonra “ehtiyat hissələri”nə ayrılmasını istəməyən, imtina bəyanatı yazmaq məcburiyyətində qalacaq.

Nazir qeyd edib ki, “reyestrdə görünəcək ki, bu şəxsin orqanlarından istifadə etmək hüququmuz yoxdur və kim yazmırsa, onun orqanlarından istifadə edə biləcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*