Ermənilər rus mədəniyyətinə belə girdilər – FOTObackend

Ermənilər rus mədəniyyətinə belə girdilər - FOTO

İrəvan Ağsaqqallar Şurası Ermitajın direktoru Mixail Pyotrovskiyə “Yerevanın fəxri vətəndaşı” adının verilməsinə qərar verib. KONKRET.az xəbər verir ki, dünən Yerevan Ağsaqqallar Şurasının iclasında şuranın 47 üzvü qətnamə layihəsinin lehinə, bir üzvü əleyhinə, 1 nəfər bitərəf qalıb.

Qərar layihəsini şuranın üzvlərinə Yerevan Bələdiyyəsinin təşkilat şöbəsinin müdiri Armine Vardanyan təqdim edib.

“Erməni mədəniyyətinin inkişafındakı mühüm töhfəsinə, dünya mədəni dəyərlərinin qorunmasına, uzunmüddətli və səmərəli fəaliyyətinə verdiyi töhfəyə görə, Yerevan merinin təklifi ilə Ermitaj Muzeyinin direktoru Mixail Pyotrovskiyə “Yerevanın fəxri vətəndaşı” fəxri adının verilməsi haqqında qərar layihəsi təqdim olunub. Qərar layihəsi Ağsaqqallar Şurasının bütün üzvlərinə verilib, Mədəniyyət, Təhsil və Sosial Məsələlər Daimi Komitəsinin bu barədə müsbət rəyi də var”, – deyə Vardanyan əlavə edib.

Ağsaqqallar Şurasının Mədəniyyət, Təhsil və Sosial Məsələlər Daimi Komitəsinin sədri Satenik Mkrtçyan məsələnin müsbət nəticə verdiyini vurğulayıb və Mixail Piotrovskiyə “Yerevanın fəxri vətəndaşı” adı verilməsinə razılıq verib.

Rəhim ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*