Ermənilər Rusiya səfirliyi qarşısında aksiya KEÇİRDİbackend

Ermənilər Rusiya səfirliyi qarşısında aksiya KEÇİRDİ

Oğulları və yaxınları itkin düşənlərin qohumları Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında səfir Sergey Kopırkinə məktub vermək məqsədilə aksiya keçiriblər.

KONKRET.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, binanın qarşısına Eçmiədzində yerləşən kimyəvi silahlardan müdafiə tağımının 40 hərbçisinin qohumları toplaşıb. Məlumata görə, 44 günlük döyüşlər zamanı Ermənistan hakimiyyəti onları işğal altında saxladığı Azərbaycanın Zəngilan rayonu ərazisinə yerləşdirib. Həmin hərbçilərdən hələ də xəbər yoxdur.

Valideynləri və qohumları iddia edirlər ki, övladları sağdır və əsir düşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*