Ermənilərin əmanətlərini götürərək Ermənistandan ABŞ-a miqrasiya etməsi PİK HƏDDƏ ÇATIB – Parsyanbackend

Ermənilərin əmanətlərini götürərək Ermənistandan ABŞ-a miqrasiya etməsi PİK HƏDDƏ ÇATIB - Parsyan

“İnsanlar öz əmanətlərini götürərək Ermənistandan ABŞ-a gedirlər”.

KONKRET.az xəbər verir ki, bunu “Daşnaksütyun” Bürosunun İqtisadi Araşdırmalar Ofisinin rəhbəri, iqtisadçı Suren Parsyan Ermənistan mediasına müsahibəsində deyib.

Ölkə iqtisadiyyatından, yaxud əhalinin həyat səviyyəsinin yüksəlməsindən danışarkən miqrasiya ilə bağlı göstəricilərə də diqqət yetirməliyik.

Ekspertin sözlərinə görə, bu il də miqrasiya tempi davam edib. O, çox böyük ölçülərə çatıb.

“İnsanlar əmanətlərini götürərək Ermənistandan ABŞ-a gedirlər. Ermənistanda rusların köçürmələri şəklində ölkəyə daxil olan dollar valyutasının həcmi nəinki 5 dəfə artıb, hətta dollar əmanətlərinin ABŞ-a axını da artıb. Bu təsadüfən baş verməyib. Heç kimə sirr deyil ki, bir çox soydaşlarımız Meksika və digər ölkələr vasitəsilə özləri ilə kifayət qədər böyük məbləğdə dollar valyutası götürərək ABŞ-a miqrasiya edirlər. Yəni Ermənistanda kapitalın və insan resurslarının xaricə axını var”, – Parsyan izah edib.

Onun fikrincə, bu tendensiyaya qarşı çıxmaq lazımdır, çünki bu, artıq təhlükəli həddə çatıb.

“Bu, həm təhlükəli, həm iqtisadi, həm də sosial məsələdir. Bütün bu çağırışlara qarşı çıxmaq üçün biz milli həmrəyliyi bərpa etməliyik”, – deyə iqtisadçı bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*