“Ermənilərin vandal hərəkətlərini dəstəkləyən qüvvələr hələ də onları himayə edir” – AÇIQLAMAbackend

"Ermənilərin vandal hərəkətlərini dəstəkləyən qüvvələr hələ də onları himayə edir" - AÇIQLAMA

“Bu gün Ermənistanda baş verənlər Azərbaycanda yaşansaydı, bunu insan hüquqlarının və azadlıqlarının pozulması kimi qələmə verəcəkdilər”.

Bu fikirləri millət vəkili Kamilə Əliyeva Ermənistanda baş verən qarşıdurmalarla bağlı KONKRET.az-a müsahibəsində bölüşüb.

Kamilə Əliyeva qeyd edib ki, Azərbaycan xalqı tarixi günlərini yaşayır: “Biz Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində qələbə çaldıq. Şanlı ordumuz sayəsində 30 il işğalda olan torplaqlarımızın geri qaytarılmasının canlı şahidi olduq. Bu gün işğal edilmiş bir çox ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Digər rayonlarımızda da dekbarın 1-nə qədər üçrəngli bayrağımız asılacaq. Bu gün hər birimiz Ermənistanda baş verənlərin şahidi oluruq. Orada baş verənlər 90-cı illərin əvvəllərində Azərbaycanda yaşanan hadisələri xatırladır. Bu gün Ermənistanda anarxiya və xaos hökm sürür. İnsanlar Ermənistan rəhbərliyinə qarşı aksiyalar təşkil edir, Paşinyanın istefasını tələb edirlər. Təbii ki, bu, gözlənilən idi. Çünki “başqasının atına minən tez düşər”. Onlar bunun gec-tez baş verəcəyini bilməli idilər. Ermənilər Azərbaycan torpaqlarını zorla zəbt edərək məskunlaşmışdı. Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəkdi. Ermənilər bilməli və anlamalıydı ki, başqa dövlətin torpaqlarında məskunlaşma bu cür acı sonluqla bitəcək. Nəhayət, Paşinyan Azərbaycan dövlətinin və ordusunun qarşısında diz çökərək, məğlub olduğunu etiraf etdi”.

Deputat vurğulayıb ki, ermənilər Paşinyanı satqınlıqda günahlandırır: “Lakin Azərbaycan torpaqlarını öz qanı və canı hesabına işğaldan azad edib. Ermənilər Paşinyanın istefası ilə bağlı keçirdikləri aksiyalarda bir-birilərinə qarşı vandalizm törədirlər. Hazırda Ermənistan vətəndaş müharibəsi astanasındadır. Orada iqtidar-müxalifət qarşıdurması mövcuddur. Müxalifətin bir neçə nümayədəsi və Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları həbs edilir, onlara qaşı zorakılıq halları törədilir. Ermənistanda bu xaos uzun müddət davam edəcək. Bəlkə də onilliklər lazım olacaq ki, Ermənistan özünə gələ bilsin. Təbii ki, Ermənistanın dirçəlib-dirçəlməyəcəyi də sual altındadır.

İkinci məsələ isə beynəlxalq təşkilatların və bəzi dövlətlərin ikili münasibətidir. Ermənistanda aksiyalar zamanı hökumət haqlı etirazını bildirən insanlara qarşı vəhşiliklər törədir və həbs edir. Amma  “demokratiya” carçısı olan dövlətlərdən və beynəlxalq təşkilatlardan yenə də hər hansı reaksiya görmürük. Amma buna bənzər hadisələr Azərbaycanda baş versəydi, bunu insan hüquqlarının və azadlıqlarının pozulması kimi qələmə verəcəkdilər. Ermənistanda belə hadisələr baş versə də, onların havadarları və beynəlxalq təşkilatlar bunu görməzdən gəlir və susurlar. Sərbəst toplaşma hüququndan istifadə edən sivil vətəndaşlara qarşı törədilən vəhşiliklə bağlı Ermənistan rəhbərliyinə və Paşinyana qarşı hər hansı etirazlarını bildirmir, baş verənləri pisləmirlər. Əlbəttə, bu, iki münasibətdən irəli gəlir. Bütün bunlar bir daha sübut edir ki, ermənilərin vandal hərəkətlərini dəstəkləyən qüvvələr hələ də onları himayə edir”.

Nərgiz Mirzəyeva,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*