Ermənistan BMT-nin Krımla bağlı qətnaməsinin əleyhinə səs verdibackend

Ermənistan BMT-nin Krımla bağlı qətnaməsinin əleyhinə səs verdi

Ermənistan və 23 ölkə bu gün BMT-nin Krımla bağlı qətnaməsinin əleyhinə səs veriblər.

KONKRET.az Ukrayna mediasına istinadən bildirir ki, Baş Məclisin komitəsinin Nyu Yorkdakı iclasında “Krım Muxtar Respublikasında və Sevastopol şəhərində (Ukrayna) insan hüquqları ilə bağlı vəziyyət” adlı sənədin yenilənmiş layihəsi müzakirə edilib.

Cəmi 23 ölkə qətnamənin əleyhinə səs verib. Bunlar Ermənistan, Rusiya, Belarus, Burundi, Kamboca, Çin, Kot-d’İvuar, Kuba, Şimali Koreya, Eritreya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Myanma, Nikaraqua, Filippin, Serbiya, Sudan, Suriya, Uqanda, Venesuela və Zimbabvedir.

Qətnamə son layihəsinə bu ilin dekabr ayında BMT Baş Assambleyası komitəsinin iclasında baxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*