Ermənistan hökuməti Macarıstanda səfirlik açmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Ermənistan Xarici İşlər Nazirliyi Macarıstanda müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətə yeni təkan verəcək, əməkdaşlığı genişləndirəcək səfirliyin açılmasını məqsədəuyğun hesab edir”, – deyə əsaslandırmada qeyd olunub.
Həmçinin qeyd olunur ki, “Ermənistan üçün Macarıstan Aİ-nin üzvü kimi vacibdir”.
Xatırladaq ki, mayın 6-da Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto erməni həmkarı Ararat Mirzoyanla İrəvanda apardığı danışıqlardan sonra Ermənistan və Macarıstanın yaxın vaxtlarda iki paytaxtda səfirlik açmağa razılaşdıqlarını açıqlamışdı.