backend

Ermənistan Dünya Bankının reytinqində altı pillə gerilədi

Dünya Bankı tərəfindən hər il açıqlanan “Doing Business 2020” reytinqində Ermənistan 190 ölkə arasında 47-ci yerdədir.

KONKRET.AZ xəbər verir ki, hesabatda Ermənistan öz mövqeyini altı pillə pisləşdirib. Belə ki,ölkə keçən il “Doing Business 2019” hesabatında 41-ci yeri tutub.

Reytinqdə Ermənistan Belçika (46-cı yer) və Moldova (48-ci yer) arasında yer alıb. Bir işə başlamaq asanlığı kimi tanınan reytinqdə Ermənistan MDB məkanında Qırğızıstan (80-ci yer), Ukrayna (64-cü yer), Özbəkistan (69-cu yer), Tacikistan (106-cı yer) və  Belarusu (49-cü yer) qabaqlayıb. Ancaq eyni zamanda, bu reytinqdə Ermənistan Türkiyə (33-cü yer), Gürcüstan (7-ci yer), Azərbaycan (34-cü yer), Qazaxıstan (25-ci yer) və Rusiyadan (28-ci yer) geri qalır.

Reytinqdə ilk beşliyə Yeni Zelandiya, Sinqapur, Honq Konq, Danimarka və Koreya daxildir, Somali isə autsayderdir.

“Doing Business” illik araşdırması işin rahatlığını on göstərici əsasında qiymətləndirir: müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik şəbəkələrinə qoşulma, kredit almaq, investorların hüquqlarının qorunması, vergi ödəmək, beynəlxalq ticarət, müqavilələrin icrasının təminatı, müflisləşmə qərarları (iflas).

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*