Dığaların fəallaşmasının səbəbi bəlli oldu: “Ermənistan ərazisinə kəşfiyyat-diversiya qrupları daxil olub”backend

Dığaların fəallaşmasının səbəbi bəlli oldu: "Ermənistan ərazisinə kəşfiyyat-diversiya qrupları daxil olub"

Beş rayonumuzun erməni silahlıları tərəfindən atəşə tutulması düşmənin məkrli planından xəbər verməklə yanaşı, rəsmi İrəvanın danışıqlar prosesinə zərbə vurmaq istəyindən xəbər verir. Ekspertlər baş verənlərin arxasında Ermənistanla yanaşı, digər xarici qüvvələrin dayandığı haqda fikirlər səsləndirirlər. Bəs görəsən ermənilərin yenidən fəallaşmasının səbəbləri nədir? Belə bir məqamda Azərbaycan hansısa addım atmalıdırmı?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, əslində baş verən hadisə Avropa İttifaqı missiyası adı altında Ermənistan ərazilərinə növbəti kəşfiyyat-diversiya qruplarının daxil olduğunu göstərir: “Missiyanın gəlişindən bir gün sonra Azərbaycan ərazilərinin atəşə tutulması, Ermənistan vasitəsi ilə Qərb imperialistlərinin növbəti çirkin oyun oynadığını göstərən ən bariz nümunələrdən biridir. Hesab edirəm ki, bu prosesdə əsas məqsəd Azərbaycanın cavab tədbirləri ətrafında süni gündəm və qalmaqal yaratmaqdan ibarətdir. İstənilən halda Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar öz layiqli cavabını almalıdır”.

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha da artacaq - Tural İsmayılov - "İki sahil"Politoloqun sözlərinə görə,  erməni quldurları Fransa casus şəbəkəsinin Ermənistana daxil olmasından ürəklənib: “Erməni təxribatçılarının Azərbaycan əsgərinə silah tuşlamağı fonunda bu hadisələr davamlı xarakter alsa, o zaman rəsmi Bakı növbəti dəfə İrəvanın siyasi elitasında təmsil olunan radikallara layiqli cavab verəcək. Bu gün Ermənistan istənilən halda heç bir xarici qüvvəyə güvənib sülh prosesini sobataj etməməlidir.  Eyni zamanda münasibətlərin gələcək ruhunu daha da gərginləşdirəcək addımlar atmaq rəsmi İrəvanın özünə zərərlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*