Ermənistan hökumətində istefalar və yeni təyinatlar
KONKRET.az xəbər verir ki, Baş Nazir Nikol Paşinyanın qərarı ilə Araik Sahakyan Kadastr Komitəsi rəhbərinin müavini vəzifəsindən azad edilib.
Baş nazirin başqa bir qərarı ilə Şavarş Qriqoryan səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Hovakim Podosyan Səhiyyə Nazirliyinin Səhiyyə Proqramlarının İcrası İdarəsinin direktoru vəzifəsinə təyinat alıb və Arsen Navasardyan Probasiya Xidmətinin rəhbəri vəzifəsindən azad olunub.