Ermənistan mətbuata Süniklə bağlı xəbər yaymağı YASAQLADIbackend

Ermənistan mətbuata Süniklə bağlı xəbər yaymağı YASAQLADI

Ermənistanın Azərbaycanla sərhədyanı Sünik vilayətinin rayonları barədə məlumat yazmaq üçün Milli Təhlükəsizlik Xidmətindən xüsusi icazə alınmalıdır.

KONKRET.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

“KİV-in müdafiəçisi” təşkilatı bu qərarı azad sözün boğulması olaraq qiymətləndirib. Təşkilat bildirib ki, MTX söz azadlığını məhdudlaşdırmaqla Ermənistan vətəndaşlarının informasiya almaq kimi konstitusiya hüququndan məhrum edir.

Xatırladaq ki, Ermənistan mətbuatı tez-tez sözügedən ərazilərdəki bəzi kəndlərin öz sahibinə- Azərbaycana qaytarılacağı ilə bağlı xəbərlər yayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*