Ermənistan MN Hərbi Polisinin əməkdaşı avtomobil qəzasında öldü – FOTOLARbackend

Ermənistan MN Hərbi Polisinin əməkdaşı avtomobil qəzasında öldü - FOTOLAR

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin əməkdaşı avtomobil qəzasında ölüb.

KONKRET.az-ın məlumatına görə,bu barədə şamshyan.com xəbər verir. Ermənistanın Tavuş vilayətində Müdafiə Nazirliyinin Hərbi Polisinin əməkdaşı yol qəzası nəticəsində ölüb.

Saytın məlumatına görə, yanvarın 26-da saat 01:30 radələrində Ayqepar-Movses yolunda “İsuzu” markalı minik avtomobili yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan 2 sərnişin və sürücü “Berd” tibb məntəqəsinə yerləşdirilib.

Sərnişinlərdən biri, 31 yaşlı V. Ş. xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Nəşrin məlumatına görə, ölən Berd şəhərinin hərbi polis idarəsində işləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*