Ermənistan MN-in qarşısında ETİRAZ AKSİYASIbackend

Ermənistan MN-in qarşısında ETİRAZ AKSİYASI

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında müharibə iştirakçıları etiraz aksiyası keçiriblər.

KONKRET.az “Armenpress”ə istinadən xəbər verir ki, onlar nəzərdə tutulan maliyyə yardımının verilməsi tələbi ilə nümayişə çıxıblar.

“Döyüşlərdən 3 ay keçməsinə baxmayaraq, bizə hərbi bilet, müharibə iştirakçısı olduğumuza dair sənəd vermirlər. Öyrənmişik ki, bizə əməkhaqqı da verilməlidir. Ancaq onu da verməyiblər”, – aksiya iştirakçılarından biri deyib.

Bildirilib ki, yanvar və fevral aylarında da Müdafiə Nazirliyi binasının qarşısında hərbçilər bir neçə aksiya keçirib. Lakin problem hələ də öz həllini tapmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*