Ermənistan ordusunu silahla təchiz edən iş adamına qarşı cinayət işi başladıbackend

Ermənistan ordusunu silahla təchiz edən iş adamına qarşı cinayət işi başladı

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tanınmış iş adamı David Qalstyan barədə cinayət işi başlayıb.

KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, D.Qalstyanın rəhbərlik etdiyi bir neçə şirkət əsasən Ermənistan ordusunu silah, sursat və başqa ehtiyaclarla təchiz edib.

MTX-nin mətbuat xidmətinin Civilnet-ə verdiyi məlumata görə, Qalstyan Müdafiə Nazirliyinin bir qrup məmuru ilə birlikdə xüsusilə böyük məbləğdə büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur. Bu vəsait müdafiə satınalmaları üçün nəzərdə tutulubmuş.

Ümumilikdə, Müdafiə Nazirliyi və Baş Qərargah rəsmiləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, xidmət səhlənkarlığı və xüsusilə böyük miqdarda vəsait mənimsənilməsi ilə bağlı dörd cinayət işi başlanıb.

Eyni zamanda, MTX Qalstyanın ölkədən çıxışına qadağa qoyulub-qoyulmadığına dair sualı istintaqın sirrinə istinadən cavablandırmaqdan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*