Koronavirusa yoluxmuş Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.
KONKRET.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, bu ayın əvvəlində Londonda koronavirusun yeni ştammına yoluxan A.Sarkisyan ev şəraitində müalicə olunurdu.
Amma həkimlər onda ikitərəfli pnevmoniya aşkar edib. Onun vəziyyəti barədə ətraflı məlumat verilməyib.
