Ermənistan Prezidentinin səlahiyyətlərini Simonyan İCRA EDƏCƏKbackend

Ermənistan Prezidentinin səlahiyyətlərini Simonyan İCRA EDƏCƏK

Ermənistanda keçmiş Prezident Armen Sarkisyanın səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Alen Simonyan icra edəcək.

KONKRET.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, vitse-spiker Akop Arşakyan isə hələlik spikerin vəzifələrini yerinə yetirəcək.

Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. Bir həftə ərzində o, istefa ərizəsini geri götürməyib. Fevralın 1-də Ermənistan parlamentinin sədri Alen Simonyan Prezident Armen Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı protokolu imzalayıb.

Yeni prezident qanunverici orqanda seçiləcək. Bunun üçün deputatların minimum 25, maksimum 35 gün vaxtı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*