Əmək və Sosial İşlər Nazirliyi tərəfindən təqdim olunan və hökumət tərəfindən keçən həftə təsdiqlənən, Qarabağ müharibəsində yaralanan hərbçilərə 500 min dram (1700 manat) birdəfəlik yardım göstərilməsini nəzərdə tutan layihə yaralı hərbçilər, könüllülər və onların ailələri arasında böyük marağa səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Panorama.am” məlumat yayıb. Məlumatda deyilir ki, layihə barədə məlumatlar yanvarın 27-də nazirliyin Facebook səhifəsində də yayımlanıb. Şərhlərdə çox sayda vətəndaş nazirlikdən proqramdan istifadə etmək üçün hansı sənədlərin təqdim olunmalı olduğunu soruşub, lakin cavabsız qalıb. Belə çıxır ki, nazirlik ərizə təqdimetmə prosedurunu dəqiq bilmir.
Bilinənsə odur ki, yardım yalnız sosial təminatları artıq qanunda təsbit edilmiş 1-2 qrup əlillərə verilməyəcəkdir.
Lətif,
KONKRET.az
