Ermənistan-Türkiyə münasibətləri ilə bağlı vacib açıqlambackend

Ermənistan-Türkiyə münasibətləri ilə bağlı vacib açıqlam

Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin tam normallaşması istiqamətində irəliləyiş əldə olunub. Tərəflər diplomatik əlaqələrin qurulmasına və sərhədlərin tam açılmasına yaxın olduqlarını bəyan ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

O bildirib ki, yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinə nail olunacağına əmindir.

Paşinyanın sözlərinə görə, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüş müsbət atmosferdə baş tutub. Görüş zamanı hər iki tərəf münasibətlərin normallaşması istiqamətində irəliləyişin olduğunu və diplomatik münasibətlərin qurulması, eləcə də sərhədlərin tam açılması istiqamətində son mərhələyə yaxınlaşdıqlarını qeyd ediblər.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*