Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu – Rəsmibackend

Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - Rəsmi

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə KONKRET.az -a Müdafə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:

“Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.

Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*