Ermənistan və İran XİN başçıları telefonla danışdıbackend

Ermənistan və İran XİN başçıları telefonla danışdı

Ermənistan və İran xarici işlər nazirləri Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumatı yayıb.

Məlumata görə, danışıqlar Nikol Paşinyan və İbrahim Rəisi arasında telefon danışığının davamı olaraq baş tutub.

Mirzoyan və Abdullahian regionda uzunmüddətli sabitliyin əldə edilməsində əsas amillərdən biri kimi Qarabağ əhalisinin hüquqlarının müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məsələlərinin həllinin vacibliyini qeyd ediblər.

Nazirlər ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər. Onlar müxtəlif formatlarda dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, sentyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyanla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*