Ermənistan və Qazaxıstan “avtomobil problemi”ni hələ ki həll edə bilmirbackend

Ermənistan və Qazaxıstan "avtomobil problemi"ni hələ ki həll edə bilmir

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Ermənistan və Qazaxıstan Ermənistandan bu ölkəyə çoxlu sayda avtomobil ixracı fonunda yaranan “avtomobil problemini” həll etmək yollarını müzakirə edir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, Avrasiya Birliyi çərçivəsində Ermənistana verilən güzəşt müddəti sosial məsələlərin həlli üçün hazırlanıb, lakin daha çox kommersiya məqsədləri üçün istifadə edilib. Qriqoryan, ümumiyyətlə, Ermənistanın bu avtomobillərin Avrasiya ölkələrinə ixracını məhdudlaşdırmalı olduğunu vurğulayıb:

“Vəziyyəti həll etmək üçün yollar və imkanlar tapmaq lazımdır. Ən aktual məsələ Qazaxıstanla bağlıdır. Hazırda bu ölkənin nümayəndə heyəti bu prosesi nizamlamaq məqsədi ilə Ermənistandadır. Düşünürəm ki, yaxın gələcəkdə bir həll tapılacaq. Bu məsələ olduqca mürəkkəb bir prosesi nəzərdə tutur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*