Ermənistan ya Rusiyanın bir anklavı olmalıdır, ya da Bakının kiçik bir əyaləti – Dmitri Yevstafiyevbackend

Ermənistan ya Rusiyanın bir anklavı olmalıdır, ya da Bakının kiçik bir əyaləti - Dmitri Yevstafiyev

Ermənistanın və erməni xalqının gələcək mövcudluğu sual altındadır. Daha “Böyük Ermənistan” olmayacaq, “Dənizdən dənizə”, Los-Ancelesdən Beyruta erməni dövləti olmayacaq. Ona görə yox ki, Paşinyan var. Paşinyan sadəcə bir siqnaldır. Millət içdən yandırıldı. Ona görə yox ki, rəhbərlər o yükü daşımaq istəmir, yox, sadəcə bunu bacarmırlar. Artıq sərkərdələr də, döyüşçülər də yorulub”.

KONKRET.az xəbər verir ki, bu fikri Rusiyanın amerikaçı politoloqu, milli təhlükəsizliyin hərbi-siyasi məsələləri üzrə eksperti Dmitri Yevstafiyev “Verelq.am” nəşrinə açıqlamasında söyləyib. O, Dağlıq Qarabağla bağlı danışmaq istəməyib. Lakin müxtəlif şərhləri oxuduqdan sonra yenə də bir neçə “xoşagəlməz şeylər” söyləməyə qərar verib: “Bundan sonra Ermənistanın və erməni xalqının gələcəyi üçün iki ehtimalı var. Ən azından növbəti 20 il üçün. Hər iki variant qorxuram ki, xoşa gəlməsin.

Birinci variant: Ermənistan, Rusiyanın tərkibində kiçik etnoqrafik vilayətə çevriləcək. Məsələn, Kalininqrad kimi, lakin daha yaxşı lojistik şərtlərlə.

İkinci variant: Çox kiçik olan Ermənistan Osmanlı İmperiyasının Bakı Vilayətində etnoqrafiya valiliyinə çevriləcək.

Digər variantlar, konsepsiyalar və ehtimallar yoxdur. Ona görə də seçim çox sadədir. Hansı variant daha yaxşıdır? Ona görə də ağıllı bir seçim etmək üçün sakitləşməli, oturmalı və ətrafına baxmalısan. Ermənistanın və Dağlıq Qarabağın Rusiyanın hərbi və iqtisadi zəmanətləri altında “Şimal-Cənub” dəhlizinə daxil olmaq Ermənistanın və erməni xalqının yeganə xilası olduğunu başa düşməlisən. İqtisadi cəhətdən zəif bir anklav ən azından qorunan bir məkana çevrilir. Heç olmasa özünü sosial və iqtisadi cəhətdən təmin edə bilir.

Paşinyan yox haa, erməni xalqı bu seçimin əhəmiyyətini dərk edə bilmirsə, onda Rusiyadan və rus cəmiyyətindən inciməyin. Çünki indiki vaxtda Rusiya Ermənistana bundan artığını edə bilməyəcək. Yeni dünya qurulur. Zalım bir dünya bütün xəyalları süpürüb aparır və səni acılar içində yaşamağa öyrədir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*