Ermənistanı Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən Zod-Kəlbəcər yolu qapadılıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb. Nazirlik bu addımın niyə atıldığını açıqlamayıb.
Qeyd edək ki, dünən Azərbaycan Murovdağdakı Murov zirvəsini ələ keçirdiyini və bununla Vardenis-Kəlbəcər yolunu nəzarət altına aldığını açıqlamışdı. Ermənistan tərəfi sonrada bu informasiyanı təkzib etmişdi.
Zod-Kəlbəcər yolu Vardenis-Kəlbəcər yolunun bir hissəsini təşkil edir.