Ermənistanda Aprel döyüşlərinin təfərrüatlarının geniş müzakirələri qadağan edildibackend

Ermənistanda Aprel döyüşlərinin təfərrüatlarının geniş müzakirələri qadağan edildi

KONKRET.az xəbər verir ki, Ermənistanın “Fakt” qəzeti müdafiə naziri David Tonoyanın bəzi fikirlərini şərh edib. Həmin şərhdə deyilir ki, Aprel döyüşlərinin təfərrüatları cəmiyyətdə geniş müzakirə edilməməlidir. Çünki bu, ermənilər, xüsusən zabitlər üçün çox həssas mövzudur. Qəzet Tonoyanın çıxışına istinadla yazır ki, o dövrdə müdafiə sistemində nələrin baş verdiyi artıq erməni xalqı üçün tam aydındır. Odur ki, komissiyanın fəaliyyətinin bütün detalları açıqlandıqca  cəmiyyətdə başqa şayiələr da yayılmağa başlayır. Tonoyana görə, cəmiyyət komissiyanın müdafiə sektoru ilə bağlı hər hansı bir sensasion açıqlamanı gözləsə də, bu, baş verməyəcək. Çünki informasiya sahəsindəki bəzi dairələr mütəmadi olaraq Dördgünlük Aprel müharibəsi haqqında miflərin təkrarlanmasını istəyir. Bu isə təbii olaraq ordunun əhvalına qaranlıq çökdürür və süni intriqaların yaranmasına səbəb olur.

Qəzetin yazdığına görə, Tonoyanın açıqlaması, xüsusilə “Soros” və “Levonit” qanadının bəzi dairələri üçün ağrılı olub. Çünki Nazirin açıqlamasında vurğulanıb ki, komitə süni şəkildə yaradılıb və ictimaiyyətə heç bir əsas açıqlamalar verilməyib.

Erməni nəşri xüsusi olaraq qabardır ki, hökumət daxilində təhlükəsizlik məsələlərində Baş nazir Paşinyana səhv məlumatlandırmağa çalışan bir dairə mövcuddur. Eyni zamanda hərbiçilərin narazı olduğu müntəzəm müdaxilələrin mənası artıq itməkdədir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*