Ermənistanda keçmiş əsir yenidən orduya çağırılıb, ermənilər narahatdır.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Jurnalistlər bununla bağlı müdafiə naziri Suren Papikyana sualla müraciət ediblər. Papikyan cavab verməyib.
Belə ki, jurnalistlər Papikyana əsirlikdən qayıdan hərbçilərin yenidən hərbi xidmətə çağırılması, onların xidmətdən azad edilməsinin mümkün olub-olmaması ilə bağlı sual veriblər. Müdafiə naziri sualı diqqətlə dinləyib və çıxıb gedib.
İndi erməniləri fikir götürüb: Görəsən, əsirlikdən qayıdan hərbçi yenidən orduya qayıdıb əsir düşməz ki?
Xuraman Etibarlı,
KONKRET.az
